"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo komandanın üzvü Henrix Mxitaryandan üzr istəyib.
Offsideplus.az xəbər verir ki, mütəxəssis İngiltərə Federasiya Kubokunda baş tutan "Derbi Kounti" ilə oyunda erməni futbolçunu ilk yarının fasiləsində əvəzlədiyi üçün üzrhaxlığını çatdırıb.
O "Metro"ya açıqlamasında "Mxitaryan fasilədə əvəzlənməyi haqq etmirdi. Mən haqsızlıq etmişəm və bu haqda onunla danışdım. Bunu etmək xoşuma gəlmirdi. Henrix yaxşı oynadı və əvəzlənməni haqq etmirdi. Düzdü bir neçə dəfə topu itirdi, amma meydanda özünü yaxşı göstərdi, komanda onu hesabına fəal oynayırdı. Fasilədə Raşfordun bu oyunda qol vura bilməyəcəyini hiss edirdim. Buna baxmayaraq onun Lukaku ilə tandem yaratması üçün Mxitaryanı qurban verdim. ADətən mən buna icazə vermirəm. Paltardəyişmə otağında hamının qarşısında Mxitaryandan üzr istədim" sözlərini işlədib.
Fanat.Az