“Mançester Yunayted” klubu yeni transferə hazırlaşır.

Offsideplus.az xəbər verir ki, “qırmızı şeytanlar” komandadan ayrılacağı gözlənilən Pol Poqbanın yerinə “Milan”dan Frank Kessyeni transfer etməyə çalışacaq.

Premyer Liqa təmsilçisi 24 yaşlı futbolçunu mövsümün sonunda azad agent kimi heyətinə qatmaq niyyətindədir.

Qeyd edək ki, “Milan”la müqaviləsi 2022-ci ilin yayına qədər olan Kessye ilə “Tottenhem” və PSJ də maraqlanır.