UFC-nin keçmiş çempionu Həbib Nurmaqomedov "Mançester Yunayted"in keçmiş baş məşqçisi Aleks Fergüsonun təklif etdiyi çaxırdan imtina edib. 

Offsideplus.az xəbər verir ki, oktyabrın 2-də rusiyalı döyüşçü "Old Trafford"da "Everton"la keçirilən qarşılaşmanı stadiondan izləyib və daha sonra Aleks Fergüsonla görüşüb: 

"Mən ona "yox, məm müsəlmanam və içmirəm" demədim. Bunun əvəzinə "Əgər içsəm burada hamınızı döyəcəm. Heç də yaxşı olmayacaq" dedim. Fergüson məni başa düşdü". 

Qeyd edək ki, oyundan sonra "Mançester Yunayted" Həbibə klubun formasını hədiyyə edib.