Kolumbiyalı futbolçu Xames Rodriqesin yeni klubu bəlli olub. 

Offsideplus.az xəbər verir ki, 30 yaşlı futbolçu Qətərin "Ər-Rayan" klubu ilə yaxın günlərdə müqavilə imzalayacaq. 

Məşhur jurnalist Nikola Skiranın verdiyi məlumata görə, futbolçu artıq tibbi müayinədən keçib.

Qeyd edək ki, ötən mövsümü "Everton"da keçirən Rodriqes, bu mövsüm bir dəfə də olsun meydana çıxmayıb. Futbolçunun ötən ay "İstanbul Başakşəhər"ə keçidi gündəmdə olsa da, son olaraq bu transfer baş tutmamışdı.