“Mançester Siti” klubu ciddi itki ilə üzləşib.
Offsideplus.az xəbər verir ki, “şəhərlilər”in yarımmüdafiəçisi İlkay Gündoğan sıradan çıxıb. Bu barədə Premyer Liqa təmsilçisinin baş məşqçisi Pep Qvardiola məlumat verib. O, İlkayın zədələndiyini və kubok oyununda iştirak etməyəcəyini bildirib.
Qeyd edək ki, “şəhərlilər" İngiltərə Liqa kubokunun 3-cü turunda “Uikomb”la qarşılaşacaq.