İngiltərənin “Mançester Yunayted” klubu Pol Poqbanı heyətində saxlamağa qərar verib.

Offsideplus.az-ın məlumatına görə, "Qırmızı şeytanlar"nın yeni planına əsasən, Poqbaya Premyer Liqa tarixinin ən yüksək ödənişli futbolçusu olmaq təklif olunub.

O, yeni müqaviləyə qol çəksə, həftədə 400 min funt-sterlinq qazanacaq.

Mançesterlilər maliyyə çatışmazlığı hiss etməmək üçün bir neçə futbolçusunu satacaq.

“Real”a keçmək istəyində olan yarımmüdafiəçinin yeni təklifi nəzərdən keçirməyə razılaşdığı bildirilir.