"Liverpul" "Barselona"ya satdığı Filipe Koutinyoya əvəzləyici tapıb.

Offsideplus.az xəbər verir ki, mersisaydlılar braziliyalı futbolçunun boşluğunu "Lester"in yarımmüdafiəçisi Riyad Mahrezlə doldurmaq istəyir. "Qırmızılar" bunun üçün qarşı tərəfə 55 milyon avro ödəməyə hazırdırlar. İddiaya görə, Mahrez sabah tibbi müayinədən keçəcək.

Qeyd edək ki, Koutinyo 150 milyon avro qarşılığında "Liverpul"dan "Barselona"ya transfer olunub.