“Uotford” klubu futbolçusu Troy Dini ilə yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, "marallar" 33 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib. 

Qeyd edək ki, təcrübəli hücumçu 2010-cu ildən “Uotford”da çıxış edirdi. Dini Premyer Liqa təmsilçisinin kapitanı idi.