"Beşiktaş" klubunun əsas transfer hədəfində olan Mario Mandzukiçə Avropanın nəhəng klublarından biri də "elçi" düşüb.
Offsideplus.az xarici mətbuata istinadən xəbər verir ki, "Mançester Yunayted" klubu 32 yaşlı hücumçunu rənglərinə bağlamaq istəyir. Onun adının Mourinyonun transfer siyahısında olduğu məlum olub. Bu mövsüm Antoni Marsial və Markus Reşforddan gözlənilən nəticəni ala bilməyən portuqaliyalı mütəxəssis "Yuventus"dan Qonzalo İquain və Paulo Dibalanın ardından daha bir "qoca sinyora"lı Mandzukiçi də öz komandasında görmək istədiyini bildirib.
Qeyd edək ki, xorvat hücumçu 2015-ci ildən "Yuventus"da çıxış edir və bu mövsüm ərzində çıxdığı 43 oyunda 10 qol vurub, 4 məhsuldar ötürmə edib.