Şotlandiya millisi və "Mançester Yunayted"in futbolçusu Skott Maktominey əməliyyat olunub.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 24 yaşlı yarımmüdafiəçi qasıq nahiyəsindən zədə səbəbindən bıçaq altına girib və əməliyyat uğurlu başa çatıb.

Qeyd edək ki, Maktominey zədəsi səbəbindən Şotlandiya millisinin sentyabrda baş tutacaq oyunlarını buraxacaq.