"Tottenhem" klubunun qapıçısı Huqo Lloris komandanın heyətində 300-cü oyununu keçirib.
Offsideplus.az xəbər verir ki, bu münasibətlə London təmsilçisinin prezidenti Laniel Levi 34 yaşlı qolkiperə klubun rəmzi formasını təqdim edib.
Qeyd edək ki, 2012-ci ildən "Tottenhem"in şərəfini qoruyan fransalı "əlcək ustası" çıxdığı 300 oyunda 319 qol buraxıb, 107 dəfə qapısını toxunulmaz saxlayıb.