"Mançester Yunayted" klubunun fransalı futbolçusu Pol Poqba İngiltərə Premyer Liqasının tarixinə düşüb.

Offsideplus.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi çempionat tarixində ilk iki oyunda ümumilikdə 5 məhsuldar ötürmə edən ilk futbolçu olub.

O, ilk turda "Lids"i 5:1 hesabıyla məğlub etdikləri oyunda 4 məhsuldar ötürmə etmişdi. Beşinci "assist" isə "Sauthempton"la oyuna (1:1) təsadüf edib.