"Mançester Yunayted" klubu futbolçusu Brendon Uilyamsı icarəyə göndərib.

Offsideplus.az xəbər verir ki, 20 yaşlı müdafiəçi 2021/2022 mövsümünü icarə əsasında "Norviç Siti"də keçirəcək.

İngiltərəli futbolçu yeni klubunda 21 nömrəli forma ilə çıxış edəcək.