İngiltərənin "Uotford" klubu Ozan Tufanı heyətinə qatıb.

Offsideplus.az xəbər verir ki, "Fənərbağça" 26 yaşlı yarımmüdafiəçini birbaşa transfer şərti ilə Premyer Liqa klubuna icarəyə göndərib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Ozan Tufan 2015-ci ildən "Fənərbağça"nın formasını geyinirdi.