"Fənərbağça"nın futbolçusu Ozan Tufan karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

Offsideplus.az Britaniya mətbuatına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi "Uotford" 26 yaşlı yarımmüdafiəçi ilə razılıq əldə edib. 

Futbolçu bu gün "Fənərbağça" ilə məşqə də çıxmayıb.

Onun keçidinin qarşıdakı günlərdə rəsmən açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Ozan Tufan 2015-ci ildən "sarı-lacivərtlilər"də çıxış edir.