"Çelsi"nin futbolçusu Temmi Abraham Roma şəhərinə çatıb.

Offsideplus.az xəbər verir ki, bu barədə Fabritsio Romano məlumat yayıb. 23 yaşlı hücumçu "Roma" klubu ilə müqavilə bağlayacaq. İtaliya təmsilçisi ingiltərəli futbolçu üçün "zadəganlar"a 40 milyon avro ödəniş edəcək. 

"Roma"nın Abrahamla 2026-cı ilədək müqavilə imzalaması gözlənilir.