İngiltərə “Vest Hem”ində çıxış edən qapıçı Lukas Fabianski Polşa millisindəki karyerasını bitirib.

Offsideplus.az xəbər verir ki, bu barədə 36 yaşlı "əlcək ustası" ölkəsinin mətbuatına açıqlamasında məlumat verib.

Qeyd edək ki, 2006-cı ildən ölkəsinin əsas komandasında oynamağa başlayan qolkiper Polşa yığmasında 56 oyuna çıxıb. O, 2018-ci ildən “Vest Hem”də çıxış edir.