İtaliya “İnter”inin futbolçusu Romelu Lukakunun “Çelsi”yə transferi rəsmiləşmək üzrədir.

Offsideplus.az xəbər verir ki, 28 yaşlı belçikalı hücumçu bu gün Londonda tibbi müayinədən keçib. Tezliklə klubların bu transferi rəsmən açıqlayacağı gözlənilir. Onunla 5 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, Romelu Lukaku 2011-2014-cü illərdə “Çelsi”nin şərəfini qoruyub.