"Tottenhem" "Atalanta"nın müdafiəçisini heyətinə qatıb.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, London təmsilçisi Kristian Romero ilə 2026-cı ilədək müqavilə imzalayıb. Bu transfer "Tottenhem"ə 55 milyon avroya başa gəlib.

Qeyd edək ki, Romero ilə "Yuventus" klubu maraqlansa da, argentinalı futbolçu seçimini "Tottenhem"dən yana edib.