"Liverpul" futbolçusu Fabinyo ilə yeni müqavilə bağlayıb.

Offsideplus.az xəbər verir ki, "qırmızılar" 27 yaşlı yarımmüdafiəçi ilə sözləşmənin müddətini 2026-cı ilə qədər uzadıb. Bu barədə Mersisayd təmsilçisinin rəsmi saytı məlumat yayıb. 

Qeyd edək ki, Fabinyo 2018-ci ildə "Monako"dan "Liverpul"a transfer edilib.