"Çelsi" Futbol Akademiyasında yetişən Tino Livramento "Sauthempton"a keçib.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi 2026-cı ilədək "müqəddəslər"in formasını geyinəcək.

"Sauthempton" gənc futbolçunun transferi üçün "Çelsi"yə 5 milyon avro ödəyib. İmzalanan müqavilədə "zadəganlar"ın Livramentonu geri satın almaq maddəsi də var.