İngiltərənin "Mançester Yunayted" klubu futbolçusu Markus Reşfordun vəziyyəti ilə bağlı yekun qərar verəcək.

Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar" 23 yaşlı futbolçunun əməliyyat olunmasına qərar verib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Məlumata görə, həkimlərlə məsləhətləşmədən sonra futbolçunun əməliyyat olunmasına qərar verilib. Reşford yaxın zamanda çiynindən əmliyyat olunacaq. Bu səbəblə, onun yeni mövsümün startını buraxacağı bildirilir. 

İngiltərəli futbolçunun oktyabr ayınadək yaşıl meydanlardan kənarda qalmaq ehtimalı var.

İngiltərə Premyer Liqasında yeni mövsüm 13 avqustda start götürəcək.