"Çelsi" bu yay iki məşhur futbolçusunu göndərəcək.
Offsideplus.az "Sport Bible"ə istinadən xəbər verir ki, "zadəganlar" uyğun təklif olarsa, Temmi Abraham və Kallum Hadson-Odoini satacaq. Ötən mövsüm "Çelsi" üçün 37 oyuna çıxan Kallum, 5 qol və 5 ötürmə ilə yadda qalıb. Klub 20 yaşlı vinger üçün 70 milyon funt-sterlinq satış qiyməti qoyub.
Abrahama gəlincə isə, 23 yaşlı hücumçu ötən mövsüm 32 oyuna 12 qol və 6 assistə imza atsa da, Tomas Tuxelin marağında deyil. Müqaviləsinin müddəti 2023-cü ildə başa çatan Temmi ilə "Vest Hem", "Aston Villa" və "Arsenal" kimi klublar yaxından maraqlanır.