“Tottenhem” klubu müdafiəçisi Tobi Alderveyreldlə yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, Belçika yığmasının da üzvü olan futbolçu Qətərin “Əl-Duhail” klubuna transfer edilib. 32 yaşlı futbolçu yeni klubu ilə 3 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, Tobi Alderveyreld 2015-ci ildən “Tottenhem”də çıxış edirdi.