"Çelsi" klubu yeni transferini reallaşdırıb.

Offsidpelus.az İngiltərə mətbuatına istinadla xəbər verir ki, "zadəganlar" "Sevilya"da çıxış edən Jül Kunde ilə razılıq əldə edib.

22 yaşlı fransalı müdafiəçi London təmsilçisi ilə 5 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Kunde 2019-cu ildən La Liqa klubunda çıxış edir.