“Çelsi” klubunun sahibi Roman Abramoviçin vizasının müddəti aprel ayında bitdiyü üçün o, dünən komandasının “Mançester Yunayted”yə qarşı keçirilən İngiltərə kubokunun final görüşünü izləyə bilməyib. 

Offsideplus.az xəbər verir ki, iş adamı yeni viza üçü Britaniya hökumətinə müraciət etsə də, hələlik ona heç bir cavab verilməyib. Abramoviçin 2 aydır Londonda yaşamadığı bildirilir. Son dəfə onun təyyarəsi Britaniya ərazisində apreli 1-də görünüb.

Bəzi məlumatlara görə, vizanın verilməməsi Sergey Skripal işinə görə Britaniya hakimiyyətinin rus iş adamlarına qarşı təzyiqləri ilə əlaqədardır.(qol.az)