"Yuventus" klubundan ayrılması gözlənilən Merih Demiralın transfer qiyməti məlum olub.

Offsideplus.az xəbər verir ki, "qoca sinyora" Türkiyə millisinin üzvünə 40 milyon avro qiymət qoyub.

Hazırda İngiltərənin "Everton" klubu 24 yaşlı müdafiəçini sıralarına qatmaq üçün səyləri davam etdirir.

Qeyd edək ki, Merih Demiral 2019-cu ildə "Sassuolo"dan "Yuventus"a 18 milyon avroya transfer ounub.