İngiltərənin "Everton" klubu heyətini yeni futbolçu ilə gücləndirib. 

Offsideplus.az xəbər verir ki, klub Asmir Beqoviçi heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 34 yaşlı qolkiperlə 1+1 illik müqavilə imzalanıb.

Beqoviç "Qarabağ"da da çıxış edib. O, 2019-20ci il mövsümünün ilk yarısında icarə əsasında Ağdam klubunun uğurları üçün çalışıb.