Millimizin və İngiltərənin “Vulverhempton” klubunun futbolçusu Renat Dadaşovun komandadakı illik qazancı məlum olub.

Offsideplus.az xəbər verir ki, 22 yaşlı hücumçu həftəsinə 21 min funt-sterlinq (49 min manatdan çox) qazanır. Futbolçunun "Vulverhempton"da illik məvacibi 1 milyon funt-sterlinqdən (2 milyon 340 min manatdan çox) çoxdur.

Qeyd edək ki, Dadaşov 2019-cu ildə "canavarlar"a transfer edilib.