Keçən mövsümü icarə əsasında "Liverpul"da keçirən Ozan Kabak karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, "Lester" 21 yaşlı müdafiəçinin xidmətində maraqlıdır. Məlumaata görə, Premyer Liqa təmsilçisi futbolçunun məxsus olduğu "Şalke" klubuna 9,5 milyon avro təklif edib. Almaniya klubunun bu təklifə hələ cavab vermədiyi bildirilir. 

"Şalke" Ozana tramsfer danışıqları aparmağa icazə verib. Türkiyə millisinin üzvünün Fransa klublarının da hədəfində olduğu qeyd edilir.

Onun klubla müqaviləsi 2024-cü ilin yayında başa çatır.