İngiltərənin "Liverpul" klubunun futbolçusu Cordan Hendersonun komandadakı taleyi sual altındadır.
Offsideplus.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, "qırmızılar" 31 yaşlı futbolçu ilə yeni müqavilə imzalamaq niyyətində olsa da, onunla danışıqlar dayandırılıb. Buna səbəb klub rəhbərliyinin komanda ilə bağlı daha vacib məsələlərə və müqavilələrə diqqət ayırmasıdır. Bu səbəblə, kapitanla danışıqlarda müsbət irəliləyiş olmayıb. Hendersonun komandadakı gələcəyinin sual altında olduğu və "Liverpul"dan ayrıla biləcəyi bildirilir.
2011-ci ildən "Liverpul"un şərəfini qoruyan ingiltərəli oyunçunun klubla müqaviləsi 2023-cü ilin yayında başa çatır. Komandada qalmaq istədiyi bildirilən futbolçunun xidmətində PSJ və "Atletiko"nun maraqlı olduğu vurğulanır.