"Çelsi" klubu növbəti mövsüm üçün yeni transfer siyasəti yürütmək niyyətindədir.
Offsideplus.az xəbər verir ki, "zadəganlar" diqqəti yenə də Bundesliqaya yönəldib. Belə ki, London təmsilçisi yeni transferi Timo Verneri satıb əvəzində Erlinq Haalandı gətirmək istəyir. Bu iddia ilə Almaniyanın "Sky Germany" nəşri çıxış edib.
Mətbu orqan "Çelsi"nin Verneri bir an öncə satıb bu satışdan əldə edilən gəlirlə Dortmund "Borussiya"sının 20 yaşlı hücumçusu Haalandı sıralarına qatmaq istədiyini yazıb.
Haaland isə bu günlərdə verdiyi açıqlamada Bundesliqa klubunda qalmaq niyyətində olduğunu bildirib.
Qeyd edək ki, Verner ötən il "Leyptsiq"dən "Çelsi"yə transfer edilib.