İngiltərənin "Mançester Siti" klubu heyətini yeni futbolçuyla gücləndirmək niyyətindədir.

Offsideplus.az xəbər verir ki, "şəhərlilər" "Sportinq"dən Nuno Mendeşi heyətinə qatmaq istəyir. Bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb.

Premyer Liqa təmsilçisinə bu keçid üçün əsas problem olan futbolçunun transfer qiymətidir. Klub 19 yaşlı futbolçu üçün 50 milyon avro ödəmək fikrində deyil. Portuqaliya təmsilçisi isə bu məbləğdən az olan təklifləri dəyərləndirmir.

Portuqaliyalı müdafiəçinin "Sportinq"lə müqaviləsi 2025-ci ilin yayınadək nəzərdə tutulub.