"Bornmut"lu Asmir Beqoviç İngiltərənin digər klubu ilə anlaşıb.

Offsideplus.az jurnalist Fabritsio Romanoya istinadən xəbər verir ki, 34 yaşlı qolkiper "Everton"a keçəcək. Bosniya və Herseqovina millisinin üzvü "Everton"la iki illik müqavilə imzalayacaq. 
Qeyd edək ki, Asmir Beqoviç 2019/2020 mövsümün ilk hissəsini icarə əsasında "Qarabağ"da keçirib.