İngiltərə millisi və “Mançester Yunayted”in futbolçusu Markus Reşford uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.
Offsideplus.az yerli mətbuatına istinadən xəbər verir ki, 23 yaşlı hücumçunun avqustun əvvəllərində çiynindən əməliyyat olunacaq. Bu səbəbdən o, 12-13 həftə futbol oynaya bilməyəcək. Reşfordun yaşıl meydanalara oktyabr ayında dönəcəyi gözlənilir.
Qeyd edək ki, ötən mövsüm çiynindən xəsarət alan Markus Reşford, tam sağalmasa da, Avropa çempionatı üçün milliyə dəvət almışdı.