İngiltərənin "Mançester Yunayted" klubu ciddi itki ilə üzləşib.

Offsideplus.az xəbər verir ki, komandanın hücumçusu Markus Reşford sıradan çıxıb. 23 yaşlı hücumçu Avro-2020-də zədəsini yeniləyib. Onun bir müddətdir ağrıkəsicilərdən istifadə etdiyi, amma ən qısa müddətdə əməliyyat olunmaq istədiyi bildirilir. Məlumata görə, Raşford ən yaxşı halda avqustda əməliyyat oluna bilər. Əməliyyatdan sonra bərpa müddətinin isə təxminən 12 həftə çəkəcəyi gözlənilir. Bu isə Raşfordun yeni mövsümün ilk 3 ayını buraxması deməkdir. 

Premyer Liqada yeni mövsüm avqustun 13-də start götürəcək.