"Fənərbağça"nın futbolçusu Ozan Tufana İngiltərə Premyer Liqası klubu "elçi düşüb".
Offsideplus.az xəbər verir ki, bu barədə ingilis jurnalist Peddi Devit məlumat yayıb. 26 yaşlı yarımmüdafiəçi ilə "Norviç Siti" yaxından maraqlanır. Yaxın günlərdə İngiltərə təmsilçisinin Ozan üçün rəsmi təklif göndərəcəyi gözlənilir.
"Norviç Siti" icarə müddəti başa çataraq "Tottenhem"ə qayıdan Oliver Skipin yerinə Türkiyə millisinin üzvünü gətirmək istəyir. Klub rəhbərliyi bir ildir ki, yaxından izlədiyi Ozan Tufanın satış dəyəri qalxmadığı üçün ona üstünlük verir.
Qeyd edək ki, "Fənərbağça" ilə 2023-cü ilədək müqaviləsi olan Tufanın transfer dəyəri 11 milyon avrodur.