Türkiyə millisinin müdafiəçisi Ozan Kabak “Liverpul” klubundan ayrılıb.
Offsideplus.az xəbər verir ki, bu ilin əvvəlində Almaniyanın “Şalke” klubundan 6 aylıq icarəyə götürülən futbolçunun müqaviləsinin müddəti bitib. “Liverpul” onu saxlamağa ehtiyac duymadığından, Ozan da müqavilə ilə məxsus olduğu “Şalke”yə qayıtmalı olub.
Qeyd edək ki, 21 yaşlı türk futbolçu “Liverpul”da cəmi 13 oyuna çıxıb.