Türkiyə millisinin və "Yuventus"un futbolçusu Merih Demiral karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, 23 yaşlı müdafiəçi "Everton"a keçməyə yaxındır. O, bu yay "qoca sinyora" ilə yolları ayıracaq.
"Yuventus" Demiralın sərbəstqalma məbləğini 40 milyon avro dəyərində müəyyənləşdirib ki, Liverpul təmsilçisi bu vəsaiti ödəməyə hazırdır.
"Everton"un yeni baş məşqçisi Rafael Benitesin sərəncamında görmək istədiyi əsas futbolçulardan biri də məhz türkiyəli oyunçudur.
Qeyd edək ki, Demiral 2029-cu ildən Turin təmsilçisində top qovur.