İngiltərə yığmasının gənc futbolçusu Markus Reşford AÇ-2020-dən sonra əməliyyat oluna bilər.

Offsideplus.az xəbər verir ki, bu barədə 23 yaşlı hücumçu özü məlumat verib. O, bir neçə həftə sonra qərarını verəcəyini bildirib.

Qeyd edək ki, İngiltərə milli komandası AÇ-2020-nin 1/8 finalına vəsiqə qazanıb və bu mərhələdə Almaniya ilə qarşılaşacaq.