“Norviç Siti” klubu heyətinə daha bir futbolçu qatıb.
Offsideplus.az xəbər verir ki, Premyer Liqa təmsilçisi sabiq qapıçısı Anqus Qannı yenidən rənglərinə bağlayıb.
25 yaşlı ingilis qolkiperlə 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, peşəkar karyerasına məhz “Norviç Siti”də başlamış Qann, 2018-ci ildən “Sauthempton”da çıxış edirdi. O, icarə əsasında “Stok Siti”nin də formasını geyinib.