Antonio Rüdiger həmyerlisi və baş məşqçisi olan Tomas Tuxelə kişi sözü verib.

Offsidelus.az xəbər verir ki, "Çelsi"nin çalışdırıcısı Almaniya millisinin üzvünü "zadəganlar"la yeni müqavilə bağlamağa səsləyib. 28 yaşlı futbolçu isə öz növbəsində "Çelsi"də özünü xoşbəxt hiss etdiyini və yeni sənədə imza atacağını bildirib. Lakin hələ də müqaviləni təzələməyib. Tərəflər arasındakı rəsmi anlaşmanın Avro-2020-dən sonra əldə olunacağı gözlənilir.

Qeyd edək ki, Rüdigerin London təmsilçisi ilə sözləşməsinin müddəti 2022-nin iyununa qədərdir.