"Liverpul" italyan hücumçunun izinə düşüb.

Offsideplus.az "Daily Express"ə istinadla xəbər verir ki, mersisaydlılar Domeniko Berardinin xidmətində maraqlıdır. Mənbənin məlumatına görə, Yurgen Klopp çoxdan göz qoyduğu "Sassuolo"nun futbolçusunu barədə qərarını Avro-2020-nin gedişində verib: Berardi "Liverpul"da olmalıdır! Keçid baş tutsa, ingilislər italyanlara 43 milyon funt-sterlinq ödəməli olacaq.

Qeyd edək ki, Berardi 2020-21 mövsümündə A Seriyasında meydana çıxdığı 30 oyunda 17 qol vurub, 8 məhsuldar ötürmə verib. Avro-2020-də isə 2 qolun ötürməsinin müəllifidir.