"Tottenhem" baş məşqçi postu üçün Cennaro Qattuzo ilə danışıqlar aparır.

Offsideplus.az xəbər verir ki, London təmsilçisi Qattuzonun nümayəndələri ilə ilkin razılığı əldə edib. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb. 

43 yaşlı mütəxəssis  "Fiorentina"dakı 22 günlük baş məşqçi vəzifəsindən dünən istefa vermişdi.

 Qeyd edək ki, Paulo Fonsekanı komandanın başına gətirmək istəyən "Tottenhem" və baş məşqçi arasındakı müzakirələr bir nəticə verməyib.