"Everton" baş məşqçisi Sem Ellardaysla yollarını ayırıb.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun saytı xəbər yayıb.
Rəhbərlik ingiltərəli mütəxəssisinin işindən razı qalmadığı üçün onun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, 64 yaşlı məşqçi 2017-ci ilin noyabrından "Everton"u çalışdırırdı. Liverpul təmsilçisi mövsümü 8-ci pillədə başa vurub.