"Mançester Yunayted"in futbolçusu "Real"la müqavilə bağlamağa yaxındır.
Offsideplus.az "The Athletic"ə istinadla xəbər verir ki, Antoni Marsialın Madrid təmsilçisinə keçidi böyük ölçüdə razılaşdırılıb. Belə ki, ingilislər daha öncə fransız futbolçunun transferi üçün "Real"dan 40 milyon avro tələb edirdi. Lakin sonuncu məktublaşmadan sonra qiymət 25 milyona enib. Bu məbləğ isə "Kral klubu"nun ürəyincədir.
Ançelottinin İngiltərədən tanıdığı və bəyəndiyi 25 yaşlı hücumçu ilə yaxın günlərdə sözləşmə imzalanacağı gözlənilir.
Qeyd edək ki, Marsial başa çatan mövsümdə "Mançester Yunayted" formasında meydana çıxdığı 36 oyunda 7 qol vurub.