"Tottenhem"in yeni baş məşqçisi bəlli olub. 

Offsideplus.az "Guardian"a istinadən xəbər verir ki, "Roma"nın sabiq çalışdırıcısı Paulo Fonseka London komandasının sükanı arxasına keçib. 48 yaşlı mütəxəssislə 2+1 illik müqavilə bağlanıb. Klub tərəfindən rəsmi açıqlamanın Çərşənbə gününə qədər veriləcəyi gözlənilir.

Qeyd edək ki, Fonsekanı "Roma"da "Tottenhem"dən ayrılan Joze Mourinyo əvəzləyib.