"İnter"in sabiq baş məşqçisi Antonio Konte "Tottenhem" klubunun təklifini qəbul etmədiyinin səbəbini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, "Gazetta dello Sport"a danışan 51 yaşlı mütəxəssis bu sözləri deyib:
"Pul mənim vecimə deyil. Proyektlərə baxıram və məni lazımi qədər razı sala bilmirlərsə, evdə oturmağa hazıram. Çətinlikləri sevirəm, lakin klub məni inandıra bilməzsə, yalnız bir söz deyə bilərəm: Yox, çox sağolun".
Qeyd edək ki, London təmsilçisi bir neçə dəfə italiyalı baş məşqçi ilə əlaqəyə keçmiş, Konte isə "Tottenhem"in təkliflərini rədd etmişdi.