"Everton" rəhbərliyi Karlo Ançelottinin boşaltdığı baş məşqçi postuna layiqli namizəd tapıb.
Offsideplus.az "The Telegraph"a istinadla xəbər verir ki, klub başbilənləri Rafael Beniteslə danışıqlara başlayıb. İspan mütəxəssisin təklifə necə yanaşacağı bilinməsə də, yenidən İngiltərə Premyer Liqasında görünmək ehtimalı çoxdur. Yəni "Everton"un "sükanı" arxasına keçəcəyi inandırıcı görünür.
Qeyd edək ki, vaxtilə "Liverpul", "İnter", "Real", "Napoli" kimi komandaları çalışdırmış 61 yaşlı mütəxəssisin sonuncu iş yeri Çində "Dalyan Pro" olub. Lakin bu ilin yanvarında Benites koronavirus bəlasına görə qıyıqgözlərin ölkəsini tərk etmək qərarına gəlmişdi.