Dioqo Dalot "Mançester Yunayted"ə qayıdır.
Offsideplus.az xəbər verir ki, son mövsümü icarə əsasında "Milan"da keçirən 22 yaşlı müdafiəçi italyanlara lazım olmayıb. "Mançester Yunayted"in də gərək duymadığı portuqaliyalının yenidən icarəyə göndəriləcəyi sirr deyil. Əsas namizəd "Roma"dır. Joze Mourinyo Dalotu sərəncamında görmək istəyir.
Qeyd edək ki, Dalot 2020-21 mövsümündə "Milan" formasında meydana çıxdığı 25 oyunda 1 qol vurub.